Ortaq Maliyyə İnstitutları

AZAFF-ın səhifəsinə xoş gəlmisiniz...


Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi (AZAFF) texniki yardım dəstəyi Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilən, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) layihəsidir. Son illər ərzində Avropa İttifaqı (Aİ) və Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda xüsusi ilə kənd təsərrüfatı sektorunun inkişafını hədəfləyərək, kənd və regional inkşafı dəstəkləyən bir sıra layihələr başlatmışdır. 2015-ci il Sentyabr ayından etibarən AYİB, Aİ-nin dəstəyi ilə ölkədə yerli maliyyə institutlarını kənd təsərrüfatı sektoruna aid kreditlərin fermer və sektordakı digər müəssisələrə verilməsini həvəsləndirmək məqsədi ilə ümumi məbləği 40 milyon ABŞ dollarına qədər olan “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti” layihəsini (AZAFF) həyata keçirməyə başlamışdır. AZAFF - Azərbaycanda maliyyələşdirmənin birbaşa təsirini və kənd təsərrüfatı sektorunun ümumi iqtisadi inkişafını artırmaq üçün özündə AYİB-in banklar vasitəsilə borcalanların maliyyələşməsi kimi ənənəvi yanaşması ilə yanaşı Azərbaycanda kənd təsərrüfatı inkişafının maliyyələşdirilməsi və sürətləndirilməsi üçün olan qeyri-maliyyə dəstəyini birləşdirir. Proqramın tərkibinə aşağıdakı komponentlər daxildir:

Ayrılmış kredit xətti-Azərbaycanda kənd təsərrüfatı və ya kənd təsərrüfatı ilə bağlı sahədə fəaliyyət göstərən sahibkarlara və ya fərdi şəxslərə borc verilməsi üçün tərəfdaş maliyyə institutlarına 40 milyon ABŞ dollarına qədər kredit xətti ayrılmışdır;
İlk zərər riskinin qarşılanması (“İZRQ”)- Layihə çərçivəsində zərərlərin hər bir sub-kredit üçün məbləğin 75 %-dək olmaqla ümumi borc portfelinin 10 %-nə qədəri qarşılanır. İlk Zərər Riskinin Qarşılanması Tərəfdaş Maliyyə İnstitutlarını aqrobizneslərə kredit məhsullarının təqdim olunmasını həvəsələndirəcəyini və ümumilikdə kənd təsərrüfatı sektoruna verilən kreditlərin artırılacağı gözlənilir.

Texniki Yardım dəstəyi:

o Tərəfdaş Maliyyə İnstitutlarına kənd təsərrüfatı kredit verilməsi bacarıqlarını və prosedurlarını, strategiyalarını inkişaf etdirmək üçün; mövcud məhsulların daha da yaxşılaşdırılması, yeni kredit məhsullarının inkişafı, innovativ maliyyə sxemləri və çatdırılma kanalları, kadr hazırlığı və s. üçün texniki yardım dəstəyi olunur.

o Kənd təsərrüfatı məhsulları istehsalçılarına və fermerlərə maliyyə savadlılığının artırılması təlimləri keçirməklə kəndlilərin potensialı artırılır, hər bir regionda seçilmiş sektorlarda qabaqcıl texniki biliklər və ən yaxşı beynalxalq təcrübələr təqdim olunur və 300,000 AZN-dən çox kredit götürmüş borcalanlara isə xüsusi texniki yardım dəstəyi olunur.

Layihə çərçivəsində həyata keçirilən texniki yardım dəstəyi “Frankfurt School of Finance & Management” tərəfindən həyata keçirilir.

Xəbərlər

Bütün Xəbərlərə Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.