Aİ və AYİB-in Kənd Təsərrüfatı Maliyyəsinə aid təşkil etdiyi birgə tədbir

26/11/2015

Aİ və AYİB-in Kənd Təsərrüfatı Maliyyəsinə aid təşkil etdiyi birgə tədbir


Azərbaycan Kənd təsərrüfatı Maliyyə Aləti – AZAFF layihəsi çərçivəsində Avropa birliyinin Azərbaycandakı Nümayəndəliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə “Azərbaycanda İqtisadi Diversifikasiyanın Sürətləndirilməsi: Kənd Təsərrüfatı Sahəsinə Dəstək” adlı tədbirini 26 Noyabr 2015-ci ildə Bakı şəhərində təşkil etmişdirlər.


Azərbaycan Kənd təsərrüfatı Maliyyə Aləti – AZAFF layihəsi çərçivəsində  Avropa birliyinin Azərbaycandakı Nümayəndəliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə “Azərbaycanda İqtisadi Diversifikasiyanın Sürətləndirilməsi: Kənd Təsərrüfatı Sahəsinə Dəstək” adlı tədbirini 26 Noyabr 2015-ci ildə Bakı şəhərində təşkil etdilər.

Tədbirə  AZAFF layihəsinin texniki məsləhət xidmətləri göstərilməsində partnyoru olan “Frankfurt School of Finance & Management”  tərəfindən ev sahibliyi edilmiş və təqribən 60 iştirakçı iştirak etmişdir. İştirakçılar arasında Avropa İttifaqı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Dünya bankı, İFAD, AZPROMO, AMFA nümayəndələri ilə yanaşı Azərbaycanın kommersiya bankları, bank olmayan kredit təşkilatarı, aqrobiznes assosasiyaları və böyük kənd təsərrüfatl sahibləri iştirak etmişdir.

Tədbirin təşkilinin məqsədi proqramın uğurla həyata keçirilməsi üçün əməkdaşlıqların gücləndirilməsi və hal-hazırda Azərbaycan fermerlərinin üzləşdikləri maliyyə və məsləhət problemlərini, eləcə də bu sektorun inkişafı  imkanlarını nəzərdən keçirməkdir.

Tədbir Azərbaycan Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbovun açılış çıxışı ilə başlamışdır. O çıxışında Azərbaycan hökumətinin iqtisadi diversifikasiya üçün göstərdiyi səydə kənd təsərrüfatının çox əhəmiyyətli rolu olduğunu vurğulamış və dövlətin kənd təsərrüfatına olan dəstəyi haqqında danışmışdır. Cənab Talıbovun çıxışı Azərbaycan Respublıkasının İqtisadiyyat və Sənaye Nazirliyi, Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq Şöbəsinin Müdiri, Cənab Ruslan Rüstəmlinin açılış nitqi ilə davam etmişdir.  Bundan sonra tədbir Avropa İttifaqının Azərbaycandakı Səfiri Xanım Malena Mardın çıxışı ilə davam etdi. O, qeyd etdi: “Son illər ərzində  Avropa İttifaqı Azərbaycanda kənd təsərrüfatının və kənd yerlərinin inkişafında əsas donor olmuşdur və gələcəkdə də kənd yaşayış ərazilərinin və iqtisadi diversifikasiyanın sürətləndirilməsinə dəstək verməyə davam edəcəkdir. Kənd təsərrüfatı məhsulları istehsalçıları və ərzaq emalçıları üçün maliyyə xidmətlərininin əldə olunması ən böyük problem kimi müəyyən olunmuşdur və yeni Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsinin bu problemin aradan qaldırılması üçün böyük töhfəsi olacaqdır. ”

 Avropa Yenidənqurma və İnkişaf Bankının Bakıdakı Daimi Nümayəndəliyinin Başçısı cənab Nil MakKeyn, AYİB-in maliyyə institutları və aqrobizneslər sahəsinə fokuslanan yeni strateqiyasını təqdim edərək, qeyd etmişdir: “AZAFF Azərbaycanda ilk layihədir ki, özündə AYİB-in Kənd Təsərrüfatı ilə məşğul olan KOS-un risk bölüşmə mexanizmi ilə maliyyələşməsini və həm də partnyor maliyyə institutları həm də borcalanlara texniki dəstəyi birləşdirir.Təklif olunan yanaşmanın əsası kənd təsərrüfatı maliyyələşməsinə olan tələb və təklifi və eləcə də, kənd təsərrüfatı sahibkarlarına göstərilən biznes xidmətlərinin inkişafını sürətləndirməklə,

Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına dəstək olmaq, yerli banklara kredit profillərinin diversifikasiyasında kömək etmək və onların regional inkişafını artırmaqdan ibarətdir.”Daha sonra AZAFF layəsinin Qrup Rəhbəri Dr. Kristof Kordonniyer kənd təsərrüfatını hədəf götürərək Azərbaycanın makroekonomik analizi haqqında təqdimatla çıxış etmişdir.

Tədbirin ikinci hissəsi yerli partnyor maliyyə institutlarının  və eləcə də Azərbaycandakı fermer və agrobizneslərin faydalanması üçün təşkil edilmişdir. Proqramın Baş Layihə Meneceri cənab Erdal Koçoğlu AzAFF layihəsinin texniki yardım yanaşmasını və innovativ kənd təsərrüfatı kreditlərinin qiymətləndirməsi  sistemi olan ALES-i təqdim etmişdir. ALES hal-hazırda Azərbaycan kənd-təsərrüfatı sahəsinin özəlliklərinə uyğun şəkildə “AzALES” adı altında inkişaf etdirilir və yaxin zamanlarda AZAFF-ın partnyor maliyyə institutlarının istifadəsi üçün açıq olacaqdır.

Tədbir Dr. Kristof Kordonniyer dəyər zəncirinin maliyyələşdirilməsi və müasir kənd təsərrüfatı arasındakı münasibət haqqında təqdimatla tamamlandı. O, çıxışında dəyər zəncirinin tədbir iştirakçıları üçün potensial faydasından söhbət açmış və qeyd etmişdir ki, maliyyə institutları dəyər zənciri sxeminin maliyyələşməsinin inkişafında və AZAFF layihəsinin texniki dəstəyi ilə kənd təsərrüfatında müqaviləli münasibətlərə keçidin sürətləndirilməsində katalizator rolunu oynaya bilər

 



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.