Qubada Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi

10/03/2016

Qubada Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi


Fermerlərin maliyyə savadlığına dair ilk seminarı Quba “Fermer evi”-nin dəstəyi ilə 9 Mart 2016-cı ildə Qubada həyata keçirilmişdir.


AZAFF layihəsi çərçivəsində , AZAFF məsləhətçiləri qrupu fermerlərin maliyyə savadlılığının artırılması təlimləri vasitəsilə onların bu istiqamətdə biliklərinin inkişaf etdirilməsi təşəbbüsünü göstərmişlər.Müxtəlif qurum və institutlarla analalizlər və müsahibələr apardıqdan sonra fermerlərin ehtiyacına uyğun olaraq AZAFF komandası 1 günlük regional təlim təşkil etmişdir.

Planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksiyaları, onlarla uzun  müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliyin (ümumi və hər məhsul üzrə) təyin olunması təlimin əsas mövzularından idi.

Fermerlərin maliyyə savadlığına dair ilk seminarı Quba “Fermer evi”-nin dəstəyi ilə 9 Mart 2016-cı ildə Qubada həyata keçirilmişdir.

Təlimdə iştirak edənlərin sayı 40 nəfərdən çox olmuşdur. Fermerlər təlimdə öyrədilənlərin qısa xülasəsini və aylıq büdcə və gəlirliliyin hesablanmasını göstərən kitabçalarla təmin olunmuşdur. Təlim fermerlərdə büdcənin tutulması və daha yaxşı maliyyə qərarları vermək üçün stimul yaratmışdır. Təlimin sonunda,  iştirakçılar sertifikat ilə təltif olundular.

Təlim yalnız fermerlər tərəfindən deyil, həm də yerli media tərəfindən böyük marağa səbəb olmuşdur. AZAFF layihəsi çərçivəsində fermerlərin maliyyə savadlılığı mövzusuna həsr olunmuş təlimlər gələcəkdə davam etdiriləcək.



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.