Lənkəranda Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi

13/04/2016

Lənkəranda Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi


Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti-AZAFF layihəsi çərçivəsində maliyyə savadlılığına dair ikinci seminar 13 Aprel 2016-cı ildə Lənkəran Aqrar Elm Mərkəzində həyata keçirilmişdir.


AZAFF layihəsi çərçivəsində , AZAFF məsləhətçiləri qrupu fermerlərin maliyyə savadlılığının artırılması təlimləri vasitəsilə onların bu istiqamətdə biliklərinin inkişaf etdirilməsi təşəbbüsünü göstərmişlər.Müxtəlif qurum və institutlarla analalizlər və müsahibələr apardıqdan sonra fermerlərin ehtiyacına uyğun olaraq AZAFF komandası 1 günlük regional təlim təşkil etmişdir.

Planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksiyaları, onlarla uzun  müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliyin (ümumi və hər məhsul üzrə) təyin olunması təlimin əsas mövzularından idi.

Ikinci maliyyə savadlılığının artırılması təlimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində Kənd Təsərrüfatı layihələrinin və kreditləinin idarə olunması üzrə Dövlət Xidmətinin dəstəyi ilə 13 Aprel 2016-cı ildə Lənkəran Aqrar Elm Mərkəzində həyata keçirilmişdir. Təlim fermerlər tərəfindən böyük maraqla qarşılanmış və təlimdə 30-dan artıq yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak etmişdir.

Təlim yalnız fermerlər tərəfindən deyil, həm də yerli media tərəfindən böyük marağa səbəb olmuşdur. AZAFF layihəsi çərçivəsində fermerlərin maliyyə savadlılığı mövzusuna həsr olunmuş təlimlər gələcəkdə davam etdiriləcək.



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.