Samuxda Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi

29/04/2016

Samuxda Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi


Aİ və AYİB-in müştərək layihəsi olan “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi” fermerlərin maliyyə savadlılığı mövzusunda üçüncü regional tədbirini Samuxda uğurla həyata keçirilmişdir.


Ölkəmizdə uğurla həyata keçirilən AZAFF layihəsi çərçivəsində fermerlərin maliyyə savadlılığına həsr olunmuş növbəti seminar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində Kənd Təsərrüfatı layihələrinin və kreditləinin idarə olunması üzrə Dövlət Xidmətinin dəstəyi ilə 29 Aprel 2016-cı ildə Samux rayonu Yeni Azərbaycan Partiyasının binasında həyata keçirilmişdir. Planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksityaları, onlarla uzun  müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliyin (ümumi və hər məhsul üzrə) təyin olunması təlimin əsas mövzularından idi. Təlim fermerlər tərəfindən böyük maraqla qarşılanmış və təlimdə 50-dən artıq yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak etmişdir.Ölkəmizdə uğurla həyata keçirilən AZAFF layihəsi çərçivəsində fermerlərin maliyyə savadlılığına həsr olunmuş növbəti seminar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində Kənd Təsərrüfatı layihələrinin və kreditləinin idarə olunması üzrə Dövlət Xidmətinin dəstəyi ilə 29 Aprel 2016-cı ildə Samux rayonu Yeni Azərbaycan Partiyasının binasında həyata keçirilmişdir. Planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksityaları, onlarla uzun  müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliyin (ümumi və hər məhsul üzrə) təyin olunması təlimin əsas mövzularından idi. Təlim fermerlər tərəfindən böyük maraqla qarşılanmış və təlimdə 50-dən artıq yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak etmişdir.

Tədbirin açılış nitqini Samux rayon İcra Hakimiyyətinin müavini Qəzənfər Əliyev etmiş və ölkədə kənd təsərrüfatının hazırkı vəziyyəti haqqında iştirakçıları məlumatlandırmışdır. Daha sonra Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru, aqrar elmlər üzrə fəlsəfə elmləri doktoru İlqar Zeynalov bildirdi ki, bu tip seminarlar fermerlərin maliyyə savadlığını artıraraq istər ailə büdcəsi, istərsə də banklarla münasibətlərinin yaxşılaşdırlmasında mühüm rol oynayır.

Bundan sonra layihənin aparıcı ekspertləri İlqar Tağıyev və Fəqan Ağayev “Fermerlərin Maliyyə savadlılığının artırılması” təliminə başladılar. İnteraktiv keçən təlimdə tədris materialların fermərlərə izahı ilə yanaşı onların öyrəndiklərini nümunələr üzərində praktiki tətbiqi həyata keçirildi. Tədbir əsnasında fermerlərə özündə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti də verildi. Təlimin məqsədi fermerlərə büdcənin tutulmasını və maliyyə məsələləri üzrə düzgün qərarların verilməsini vurğulamaq idi. Seminar müddətində fermerləri maraqlandıran suallar və məsələlər də müzakirə olundu. Tədbirin sonunda fermerlərə iştirak barədə sertifikatlar təqdim olundu.  

AzAFF layihəsi çərçivəsində fermerlər üçün maliyyə savadlılığı mövzusunda təlimlərin keçirilməsi  May ayı ərzində də nəzərdə tutulub.



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.