AZAFF Xəbər başlığı Nəşr 1

31/03/2016

AZAFF Xəbər başlığı Nəşr 1


“Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti (AZAFF)” layihəsinin xəbər başlığının ilk nəşri sizin layihənin fəaliyyətləri və yenilikləri ilə tanış olmağa köməklik göstərəcək və iştirakçılar arasında təcrübi biliklərin paylanılmasına dəstək olacaqdır


2015-ci il Sentyabr ayından etibarən AYİB, Aİ-nin dəstəyi ilə ölkədə yerli maliyyə institutlarını kənd təsərrüfatı sektoruna aid kreditlərin fermer və sektordakı digər müəssisələrə verilməsini həvəsləndirmək məqsədi ilə ümumi məbləği 40 milyon ABŞ dollarına qədər olan  “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti” layihəsini (AZAFF) həyata keçirməyə başlamışdır. Layihənin uğuru üçün sinerjinin yaradılması çox vacibdir. Buna görə də 26 Noyabr 2015-ci il tarixində, Avropa İttifaqı Azərbaycan nümayəndəliyi və AYİB “Azərbaycanda İqtisadi Diversifikasiyanın sürətləndirilməsi: Kənd təsərrüfatı sahəsinə dəstək” mövzusunda birgə tədbirini həyəta keçirmişdir.Tədbir layihənin təsviri ilə yanaşı, yerli və beynəlxalq iştirakçılara Azərbaycan kənd təsərrüfatı sahəsində olan çağırışların müzakirəsi üçün də unikal şərait yaratdı.

Layihədə iştirak edəcək maliyyə qurumlarına göstəriləcək texniki yardım xidmətlərinin tezliklə başlanılması gözlənilir. Bununla yanaşı, AZAFF fermerlərin maliyyə savadlılığının artırılması və onlara qabaqcıl texniki biliklərin təqdim edilməsinə fokuslanmışdır. AZAFF Xəbər başlığının ilk buraxılışı sizləri layihənin nailiyyətləri, ən son yenilikləri və proqramın xəbərləri haqqında məlumatlandıracaq.

Siz bu xəbər başlığını buradan yükləyə bilərsiniz:

AZAFF Xəbər başlığı Nəşr 1



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.