Qobustanda Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi

29/07/2016

Qobustanda Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi


Aİ və AYİB-in müştərək layihəsi olan “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi” fermerlərin maliyyə savadlılığı mövzusunda dördüncü regional tədbirini Qobustanda uğurla həyata keçirmişdir.


Artıq 1 ilə yaxın müddət ərzində ölkəmizdə uğurla həyata keçirilən AZAFF layihəsi çərçivəsində fermerlərin maliyyə savadlığına həsr olunmuş növbəti seminar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində Kənd Təsərrüfatı layihələrinin və kreditləinin idarə olunması üzrə Dövlət Xidmətinin dəstəyi ilə 29 İyul 2016-cı ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qobustan Rayon İdarəsində həyata keçirilmişdir. Sayca 4-cü olan bu seminarda planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksiyaları, onlarla uzun  müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliyin (ümumi və hər məhsul üzrə) təyin olunması təlimin əsas mövzularından idi. Təlim fermerlər tərəfindən böyük maraqla qarşılanmış və təlimdə 26  yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qobustan Rayon İdarəsinin rəhbəri Hüseynov Həsənağa bildirdi ki, bu tip seminarlar fermerlərin maliyyə savadlığını artıraraq istər ailə büdcəsi istərsə də banklarla münasibətlrinin yaxşılaşdırlmasında mühüm rol oynayır.

Bundan sonra layihənin aparıcı eksperti İlqar Tağıyev “Fermerlərin Maliyyə savadlığının artırılması” təliminə başladı.

Tədbir əsnasında fermerlərə özündə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti də verildi. Təlimin məqsədi fermerlərə büdcənin tutulmasını və maliyyə məsələləri üzrə düzgün qərarların verilməsini vurğulamaq idi. Seminar ərzində fermerləri maraqlandıran suallar və məsələlər də müzakirə olundu. Tədbirin sonunda fermerlərə iştirak barədə sertifikatlar təqdim olundu.  

AZAFF layihəsi çərçivəsində fermerlərə maliyyə savadlılığı mövzusunda təlimlərin keçirilməsi gələcəkdə davam etdiriləcək.

 



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.