Salyan və Masallıda Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi

26/08/2016

Salyan və Masallıda Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi


Fermerlərin Maliyyə Savadlılığının artırılması mövzusunda olan növbəti təlimlər Salyan və Masallı rayonlarında keçirildi.


AZAFF layihəsi çərçivəsində fermerlərin maliyyə savadlılığına həsr olunmuş növbəti seminarlar Aran və Lənkəran-Astara iqtisadi regionlarında  təşkil olunmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində Kənd Təsərrüfatı layihələrinin və kreditləinin idarə olunması üzrə Dövlət Xidmətinin dəstəyi ilə 25-26 Avqust 2016 tarixlərində Salyan və Masallı rayonlarında özündə planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksiyaları, onlarla uzun  müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliyin (ümumi və hər məhsul üzrə) təyin olunması təlimin mövzularını ehtiva edən təlimlər həyata keçirilmişdir. Hər iki təlim fermerlər tərəfindən böyük maraqla qarşılanmış və ümumilikdə 30-dan artıq yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak etmişdir.

İlk tədbir 25 Avqust 2016-cı il tarixində Salyan şəhərndə yerli icra nümayəndələrinin təşkili və iştirakı ilə həyata keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihənin aparıcı eksperti Fəqan Ağayev bildirdi ki, bu tip seminarlar fermerlərin maliyyə savadlılığını artıraraq istər ailə büdcəsi istərsə də banklarla münasibətlərinin yaxşılaşdırlmasında mühüm rol oynayır. Bundan sonra layihənin aparıcı eksperti İlqar Tağıyev “Fermerlərin Maliyyə savadlığının artırılması” təliminə başladı.

Tədbir əsnasında fermerlərə özündə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti də verildi. Təlimin məqsədi fermerlərə büdcənin tutulmasını və maliyyə məsələləri üzrə düzgün qərarların verilməsini vurğulamaq idi.

Növbəti təlim 26 Avqust 2016-cı il tarixində Masallı rayonunda təşkil olundu. Tədbirin yerli fermerlər tərəfindən maraqla qarşılanması diqqət cəlb edən amillərdən idi. Belə ki, fermerlər bu tip tədbirlərin gəlcəkdə də davam etdirilməsini istədiklərini vurğuladılar. Bundan əlavə fermerlər digər mövzular üzrə də biliklərin artırılmasının və bu tip tədbirlərin silsilə hal kimi həyata keçirilməsinin önəmli olduğunu qeyd etdilər.

Seminarlarda fermerləri maraqlandıran suallar və məsələlər də müzakirə olundu. Tədbirin sonunda fermerlərə iştirak barədə sertifikatlar təqdim olundu. AZAFF layihəsi çərçivəsində fermerlərə maliyyə savadlığı mövzusunda təlimlərin gələcəkdə davam etdiriləcək.



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.