Beyləqanda Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi

09/09/2016

Beyləqanda Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi


Aİ və AYİB-in müştərək layihəsi olan “AZAFF” fermerlərin maliyyə savadlılığı mövzusunda yeddinci regional tədbirini Beyləqanda uğurla həyata keçirmişdir.


Artıq 1 ildir ki, ölkəmizdə uğurla həyata keçirilən AZAFF layihəsi çərçivəsində fermerlərin maliyyə savadlılığına həsr olunmuş yeddinci seminarı Aran bölgəsində təşkil olunmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində Kənd Təsərrüfatı layihələrinin və kreditləinin idarə olunması üzrə Dövlət Xidmətinin dəstəyi ilə 9 Sentyabr 2016 tarixində Beyləqan rayonunda özündə planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksityaları, onlarla uzun  müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliyin (ümumi və hər məhsul üzrə) təyin olunması təlimin mövzularını ehtiva edən təlim həyata keçirilmişdir. Təlim fermerlər tərəfindən böyük maraqla qarşılanmış və təlimdə ümumilikdə 30-a yaxın yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak etmişdir.

Tədbir Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyinin Beyləqan Rayon İdarəsinin nümayəndələrinin dəstəyi və iştirakı ilə həyata keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihənin aparıcı eksperti Fəğan Ağayev bildirdi ki bu tip seminarlar fermerlərin maliyyə savadlığını artıraraq istər ailə büdcəsi istərsə də banklarla münasibətlrinin yaxşılaşdırlmasında mühüm rol oynayır.Bundan sonra layihənin aparıcı eksperti İlqar Tağıyev “Fermerlərin Maliyyə savadlığının artırılması” təliminə başladılar. İnteraktiv keçən təlimdə tədris materialların fermərlərə izahı ilə yanaşı onların öyrəndiklərini nümunələr üzərində praktiki tətbiqi həyata keçirildi. Tədbir əsnasında fermerlərə özündə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti də verildi. Təlimin məqsədi fermerlərə büdcənin tutulmasını və maliyyə məsələləri üzrə düzgün qərarların verilməsini vurğulamaq idi.

Seminar müddə tində  fermerləri maraqlandıran suallar və məsələlər də müzakirə olundu. Tədbirin sonunda fermerlərə iştirak barədə sertifikatlar təqdim olundu. AzAFF layihəsi çərçivəsində fermerlərə maliyyə savadlığı mövzusunda təlimlərin gələcəkdə davam etdiriləcək.



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.