Quba rayonunda "Toplama kriteriyaları & Saxlamanın əsasları" və "Bağların iqtisadi təməlləri" mövzularında seminarlar keçirilmişdir

13/09/2016

Quba rayonunda "Toplama kriteriyaları & Saxlamanın əsasları" və "Bağların iqtisadi təməlləri" mövzularında seminarlar keçirilmişdir


“Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti”- AzAFF layihəsi çərçivəsində alma istehsalı ilə bağlı qabaqcıl kənd təsərrüfatı texnikasına dair seminarların təşkili Quba rayonunda olan fermerlər üçün davam etməkdədir.


“Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti”- AzAFF layihəsi çərçivəsində alma istehsalı ilə bağlı qabaqcıl kənd təsərrüfatı texnikasına dair seminarların təşkili Quba rayonunda olan fermerlər üçün davam etməkdədir. Bu seminarlar, fermerlərə nəzəri sinifdaxili təlimlər ilə sahədə olan praktiki təlimlərin ideal şəkildə birləşməsini təklif edir. Sinifdaxili təlim Quba Fermer evinin dəstəyi ilə 6  Sentyabr 2016-cı il tarixində keçirilmişdir. Layihənin təcrübəli beynəlxalq aqronomisti Fabien Martel və yerli baş aqronomisti Fəqan Ağayev təlimçilər olaraq təyin edilmişdir.Təlim saat 9.30- da başlamış və  ümumilikdə 14  yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak etmişdir. Seminarın əvvəlində iştirakçılardan gələcəkdə onların ərazilərini diaqnoz etmək üçün diaqnostik vərəqlərin doldurulması və fermaları haqqında əvvəlcədən hazırlanmış xüsusi suallara cavab verilmələri xahiş olunmuşdur.

Seminarı təşkil edərkən AZAFF komandası praktiki məsələlərə və təlimin maksimal dərəcədə sadə və anlaşılan olmasına xüsusi diqqət yetirmişdir. Bu seminar üçün iki əsas mövsümi mövzular seçilmişdir:

-Toplama kriteriyaları və saxlamanın (anbarlamanın) əsasları;

-Bağların iqtisadi təməlləri: müasir və ənənəvi qiymətləndirmə.

Sinifdaxili seminarın sonunda fermerlərə təlimin mövzularını əhatə edən materiallar verilmişdir. Sinifdaxili təlim  6 Sentyabr, 13.30 radələrində yekunlaşmış və bütün təlim iştirakçıları 2012-ci ildə əkilmiş 50 hektar ərazisi olan müasir, yüksək sıxlıqlı bağda keçiriləcək olan praktiki təlimə dəvət olunmuşdurlar. Açıq havada keçirilən təlim zamanı fermerlərə öyrəndikləri biliklərin tətbiqi göstərilmişdir. Sahədə keçirilən təlim müddətində fermerlər alma seçimi üçün lazım olan kənd təsərrüfatı alətlərindən istifadə etmək şansı da qazanmışdır.

Növbəti gün ərzində, AZAFF komandasının mütəxəssisləri Sadiq Əlimirzəyev adlı fermerin bağını ziyarət etmiş və həmin bağ haqqında diaqnozlarını fermer ilə paylaşmışdır.

 



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.