Ağcabədidə heyvandarlıqla məşğul olan fermerlər üçün ilk təlim keçirildi

19/07/2016

Ağcabədidə heyvandarlıqla məşğul olan fermerlər üçün ilk təlim keçirildi


“Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti”- AzAFF layihəsi çərçivəsində heyvandarlıqla məşğul olan fermerlər üçün qabaqcıl kənd təsərrüfatı texnikasına dair ilk təlim 16 İyul 2016-cı il tarixində Ağcabədidə həyata keçirilmişdir.


“Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti”- AzAFF layihəsi çərçivəsində heyvandarlıqla məşğul olan fermerlər üçün qabaqcıl kənd təsərrüfatı texnikasına dair ilk təlim Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən yaradılan və maliyyələşdirilən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində Kənd Təsərrüfatı Layihələrinin və Kreditləinin İdarə Olunması üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən AZRİP layihəsi ilə birgə əməkdaşlıqla 16 İyul 2016-cı il tarixində Ağcabədidə həyata keçirilmişdir.

Təlim Ağcabədinin Təzəkənd kəndində baş tutmuşdur. Layihənin təcrübəli beynəlxalq aqronomisti Kristiyan Genu və yerli mütəxəssislər Fəqan Ağayev və İlqar Tağıyev təlimçilər olaraq təyin edilmişdir.

Təlim saat 9.45- də başlamış və  ümumilikdə 13 fermer iştirak etmişdir. Seminarın əvvəlində iştirakçılardan onların ərazilərini qiymətləndirmək, mövcud heyvan sayını və müxtəlif bitkilər altında əlavə istehsal sahələri haqqında məlumat toplamaq üçün əvvəlcədən hazırlanmış xüsusi suallara cavab verilmələri xahiş olunmuşdur.

Tədbirin giriş sözünü açan AZRİP layihəsinin biznes məsləhətçisi Vüqar Möhumayev bu cür uğurlu təlimləri təşkil etdiyi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə, Avropa İttifaqına və Avropa Yenidənqurma və İnkişaf Bankına öz dərin minnətdarlığını bildirmişdir. Daha sonra, AZAFF layihəsi mütəxəssisi İlqar Tağıyev bütün tədbir işkirakçılarını salamlayaraq AZAFF proqramı və layihənin məqsədi haqqında qısa məlumat vermişdir.

Bu çıxışdan sonra Kristian Genu və Fəqan Ağayev təlimi interaktiv atmosferdə təlimi keçirmişdirlər. Təlim süd istehsalı, gigiyenik standartlar və tələblər, heyvanların sağlamlığının vacibliyi haqqında geniş izahlarla başlamış və yemləmənin faydaları haqqında qısa məlumatla yekunlaşmışdır.

Sinifdaxili təlimdən sonra, tədbir iştirakçıları AZAFF mütəxəssisləri ilə birlikdə müzakirələri KTN-nin süd toplama mərkəzlərində davam etdirmişdirlər.

Gün sonunda, iştirakçılardan növbəti təlimlərdə keçirilməsi üçün mövzu haqqında fikir bildirmələri xahiş olunmuşdur. İştirakçıların böyük əksəriyyəti “Yemləmə və yem rasyonlarının bölünməsi”-nə dair seminarın faydalı olacağını qeyd etmişdirlər. AZAFF layihəsi çərçivəsində keçiriləcək olan növbəti təlimin mövzusu iştirakçıların istəklərinə uyğun olaraq keçiriləcəkdir.

 



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.