Goranboyda heyvandarlıqla məşğul olan fermerlər üçün təlim keçirildi.

30/09/2016

Goranboyda heyvandarlıqla məşğul olan fermerlər üçün təlim keçirildi.

 “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti”- AzAFF layihəsi çərçivəsində heyvandarlıqla məşğul olan fermerlər üçün qabaqcıl kənd təsərrüfatı texnikasına dair ikinci təlim Goranboy rayon icra hakimiyyətinin  dəstəyi ilə 22 Sentyabr 2016-cı il tarixində Goranboyda həyata keçirilmişdir.

Layihənin təcrübəli beynəlxalq aqronomisti Kristiyan Genu və yerli baş agronomist Fəqan Ağayev təlimçilər olaraq təyin edilmişdir.Təlim Goranboy rayon İcra Hakimiyyəti binasinda baş tutmuş və saat 9.45- də başlamışdır. Tədbir iştirakçılarının sayı ümumilikdə 7 olmuşdur.

Tədbirin giriş sözünü açan Mayor müavini iştirakçıları salamlamış və AZAFF komandasının üzvlərini iştirakçılara təqdim etmişdir. Daha sonra o, bu cür uğurlu təlimləri təşkil etdiyi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə, Avropa İttifaqına və Avropa Yenidənqurma və İnkişaf Bankına öz dərin minnətdarlığını bildirmişdir.

Açılış nitqindən sonra Kristian Genu və Fəqan Ağayev təlimi süd istehsalı, gigiyenik standartlar və tələblər, heyvanların sağlamlığının vacibliyi haqqında geniş izahlarla başlamış və yemləmənin faydaları haqqında qısa məlumatla yekunlaşmışdır.

Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız

Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.

Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.

Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.