Bərdə və Ağcabədidə heyvandarlıqla məşğul olan fermerlər üçün təlimlər keçirildi

01/10/2016

Bərdə və Ağcabədidə heyvandarlıqla məşğul olan fermerlər üçün təlimlər keçirildi


“Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti”- AzAFF layihəsi çərçivəsində heyvandarlıqla məşğul olan fermerlər üçün qabaqcıl kənd təsərrüfatı texnikasına dair növbəti iki təlim 23 Sentyabr 2016-cı il tarixində Bərdə və Ağcabədidə həyata keçirilmişdir.


“Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti”- AzAFF layihəsi çərçivəsində heyvandarlıqla məşğul olan fermerlər üçün qabaqcıl kənd təsərrüfatı texnikasına dair növbəti iki təlim Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən yaradılan və maliyyələşdirilən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində Kənd Təsərrüfatı Layihələrinin və Kreditləinin İdarə Olunması üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən AZRİP layihəsi ilə birgə əməkdaşlıqla 23 Sentyabr 2016-cı il tarixində Bərdə və Ağcabədidə həyata keçirilmişdir.

Layihənin təcrübəli beynəlxalq aqronomisti Kristiyan Genu və yerli baş agronomist Fəqan Ağayev təlimçilər olaraq təyin edilmişdir. İlk təlim Bərdə rayonunun kiçik kəndi olan Kolayırda keçirilmiş və təqribın 9.45-də başlamışdır. İkinci təlim isə Ağcabədi rayonunun Təzəkənd kəndində baş tutmuş və 13.45-də başlamışdır.

Bərdədə ümumi iştirakçıların sayı 15, Ağcabədidə isə 10 kimi qeydə alınmışdır. Qeydiyyat müddətində iştirakçılardan onların ərazilərini qiymətləndirmək və təlimi ona uyğun şəkildə davam etmək üçün əvvəlcədən hazırlanmış xüsusi suallara cavab verilmələri xahiş olunmuşdur.

Tədbirlərin giriş sözünü açan AZRİP layihəsinin biznes məsləhətçisi Vüqar Möhumayev bu cür uğurlu təlimləri təşkil etdiyi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə, Avropa İttifaqına və Avropa Yenidənqurma və İnkişaf Bankına öz dərin minnətdarlığını bildirmişdir.

Bu çıxışdan sonra Kristian Genu və Fəqan Ağayev təlimi interaktiv atmosferdə təlimi keçirmişdirlər. Bərdədə təlim süd istehsalı, gigiyenik standartlar və tələblər, heyvanların sağlamlığının vacibliyi haqqında geniş izahlarla başlamış və yemləmənin faydaları haqqında qısa məlumatla yekunlaşmışdır. Ağcabədidə isə yemin və yemləmənin əhəmiyyəti və keyfiyyəti, yem nisbətinin düzgün hesablanması qaydaları haqqında müzakirə aparmışlar.

Hər iki təlimin sonunda fermerlərlə onların problemləri və onları maraqlandıran məsələlər müzakirə olunmuşdur və iştirakçılar təlimlərin mövularını əhatə edən materiallar əldə etmişdirlər.

 



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.