Qubada "Suvarma" və "Alma ağaclarında məhsul yükünə nəzarət" mövzularında təlimlər keçirilmişdir

12/05/2016

Qubada "Suvarma" və "Alma ağaclarında məhsul yükünə nəzarət" mövzularında təlimlər keçirilmişdir


“Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti”- AzAFF layihəsi çərçivəsində alma istehsalı ilə bağlı qabaqcıl kənd təsərrüfatı texnikasına dair ilk seminar Quba rayonunda olan fermerlər üçün keçirilmişdir.


“Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti”- AzAFF layihəsi çərçivəsində alma istehsalı ilə bağlı qabaqcıl kənd təsərrüfatı texnikasına dair ilk seminar Quba rayonunda olan fermerlər üçün keçirilmişdir. Sinifdaxili təlim Quba Fermer evinin dəstəyi ilə 12 May 2016-cı il tarixində keçirilmişdir. Layihənin təcrübəli beynəlxalq aqronomisti Fabien Martel və yerli baş aqronomisti Fəqan Ağayev təlimçilər olaraq təyin edilmişdir.Təlim saat 9.30- da başlamış və  ümumilikdə 20  yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak etmişdir. Seminarın əvvəlində iştirakçılardan gələcəkdə onların ərazilərini diaqnoz etmək üçün  diaqnostik vərəqlərin doldurulması və fermaları haqqında əvvəlcədən hazırlanmış xüsusi suallara cavab verilmələri xahiş olunmuşdur.

Seminarı təşkil edərkən AZAFF komandası praktiki məsələlərə və təlimin maksimal dərəcədə sadə və anlaşılan olmasına xüsusi diqqət yetirmişdir. Bu seminar üçün iki əsas         mövsümi mövzular seçilmişdir:

-Suvarma və sudan istifadənin idarə olunması;

-Alma ağaclarında məhsul yükünə nəzarət.

Sinifdaxili seminarın sonunda fermerlərə təlimin mövzularını əhatə edən materiallar verilmişdir. Sinifdaxili təlim  12 May, 13.30 radələrində yekunlaşmış və bütün təlim iştirakçıları 2012-ci ildə əkilmiş 50 hektar ərazisi olan müasir, yüksək sıxlıqlı bağda keçiriləcək olan praktiki təlimə dəvət olunmuşdurlar. Açıq havada keçirilən təlim zamanı fermerlərə öyrəndikləri biliklərin tətbiqi göstərilmişdir.



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.