Qubada "Bitki mühafizəsinin əsasları" və "Alma ağacının qidalanması & gübrələmənin əsasları" mövzularında təlim keçirilmişdir

17/06/2016

Qubada "Bitki mühafizəsinin əsasları" və "Alma ağacının qidalanması & gübrələmənin əsasları" mövzularında təlim keçirilmişdir


“Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti”- AzAFF layihəsi çərçivəsində alma istehsalı ilə bağlı qabaqcıl kənd təsərrüfatı texnikasına dair növbəti təlim 14-15 İyun tarixlərində Qubada həyata keçirilmişdir.


“Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti”- AzAFF layihəsi çərçivəsində alma istehsalı ilə bağlı qabaqcıl kənd təsərrüfatı texnikasına dair növbəti təlim Quba Fermer evinin dəstəyi ilə 14-15 İyun, 2016-cı il tarixlərində Qubada həyata keçirilmişdir.

Təlim saat 9.30- da başlamış və  ümumilikdə 22 yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak etmişdir. Seminarın əvvəlində iştirakçılardan gələcəkdə onların ərazilərini diaqnoz etmək üçün  diaqnostik vərəqlərin doldurulması və fermaları haqqında əvvəlcədən hazırlanmış xüsusi suallara cavab verilmələri xahiş olunmuşdur.

Seminarı təşkil edərkən AZAFF komandası praktiki məsələlərə və təlimin maksimal dərəcədə sadə və anlaşılan olmasına xüsusi diqqət yetirmişdir. Bu seminar üçün iki əsas mövsümi mövzular seçilmişdir:

-Bitki mühafizəsinin əsasları;

-Alma ağacının qidalanması & gübrələmənin əsasları.

Sinifdaxili seminarın sonunda fermerlərə təlimin mövzularını əhatə edən materiallar verilmişdir. Sinifdaxili təlim  14 İyun, 13.30 radələrində yekunlaşmış və bütün təlim iştirakçıları15 iyun tarixində 2012-ci ildə əkilmiş 50 hektar ərazisi olan müasir, yüksək sıxlıqlı bağda keçiriləcək olan praktiki təlimə dəvət olunmuşdurlar. Açıq havada keçirilən təlim zamanı fermerlərə öyrəndikləri biliklərin tətbiqi göstərilmişdir.



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.