Göyçayda Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi

11/11/2016

Göyçayda Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi


Aİ və AYİB-in müştərək layihəsi olan “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi”-nin nümayəndələri fermerlərin maliyyə savadlığı mövzusunda regional tədbirini həyata keçirimək üçün Göyçay rayonuna səfər ediblər.


AZAFF layihəsi artıq 1 ildən artıq müddətdir ki, Azərbaycanda uğurlu həyata keçirilir. Bu layihə çərçivəsində fermerlərin maliyyə savadlılığının artırılmasına dair artıq 7 təlim keçirilmişdir. Fermerlərin maliyyə savadlığına həsr olunmuş səkkizinci təlim isə Göyçay rayonunda təşkil olunmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində Kənd Təsərrüfatı Layihələrinin və Kreditləinin idarə olunması üzrə Dövlət Xidmətinin dəstəyi ilə təlim 11 Noyabr 2016-cı il  tarixində keçirilmiş və özündə planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksityaları, onlarla uzun  müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliyin (ümumi və hər məhsul üzrə) təyin olunması kimi önəmli məqamları birləşdirmişdir. Təlim fermerlər tərəfindən böyük maraqla qarşılanmış və təlimdə ümumilikdə 25-ə yaxın yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak etmişdir.

Tədbir Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyinin Göyçay Rayon İdarəsinin nümayəndələrinin dəstəyi və iştirakı ilə həyata keçirilmişdir. Tədbiri giriş sözünü açan Göyçay rayon idarəsinin rəhbəri Elçin İsmayılov qonaqları və iştirakçıları salamladı və bildirdi ki, bu tip seminarlar fermerlərin maliyyə savadlığını artıraraq istər ailə büdcəsi istərsə də banklarla münasibətlrinin yaxşılaşdırlmasında mühüm rol oynayır.Bundan sonra layihənin aparıcı eksperti İlqar Tağıyev “Fermerlərin Maliyyə savadlığının artırılması” təliminə başladı. İnteraktiv keçən təlimdə tədris materialların fermərlərə izahı ilə yanaşı onların öyrəndiklərini nümunələr üzərində praktiki tətbiqi həyata keçirildi. Tədbir əsnasında fermerlərə özündə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti də verildi. Təlimin məqsədi fermerlərə büdcənin tutulmasını və maliyyə məsələləri üzrə düzgün qərarların verilməsini vurğulamaq idi.

Seminar müddətində  fermerləri maraqlandıran suallar və məsələlər də müzakirə olundu. Tədbirin sonunda fermerlərə iştirak barədə sertifikatlar təqdim olundu. AzAFF layihəsi çərçivəsində fermerlərə maliyyə savadlığı mövzusunda təlimlərin gələcəkdə davam etdiriləcək.



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.