Azərbaycan Dövlət Aqrar Universiteninin müəllim və tələbələrinə, istixaxanada çalışan fermerlərə ixtisas üzrə təlimlər keçirildi

11/02/2017

Azərbaycan Dövlət Aqrar Universiteninin müəllim və tələbələrinə, istixaxanada çalışan fermerlərə ixtisas üzrə təlimlər keçirildi


AZAFF komandası bitki mühafizəsi müəllimlərinə, tərəvəz yetişdirilməsi üzrə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan tələbələrə və istixana yetişdirməsi ilə məşğul olan fermerlərə istixana yetişdirilməsi texnikaları haqqında təlim keçmişdir.


“Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti”AzAFF layihəsi çərçivəsində istixana istehsalı ilə bağlı ilk təlim Azərbaycan Dövlət Aqrar Universitetinin dəstəyi ilə bitki mühafizəsi müəllimlərinə, tərəvəz yetişdirilməsi üzrə təhsil alan tələbələr üçün 7 Fevral, 2017-ci ildə keçirilmişdir. Növbəti təlimlər isə Şəmkir rayonunun Qaradəmirli kəndində istixana istehsalçıları üçün 9 və 10 fevral 2017-ci il tarixlərində keçirilmişdir. Bu seminarlar, fermerlərə nəzəri sinifdaxili təlimlər ilə sahədə olan praktiki təlimlərin ideal şəkildə birləşməsini təklif edir.

Təlimlərin mövzusu öncədən toplanan məlumatlar əsasında müəyyən olunmuşdur. Bu seminar üçün seçilən mövzular aşağıdakı kimidir:

- İstixana istehsalı və həşəratların bioloji profilaktikasının rolu;

-Torpaqda olan nematodlar və onların yayılmasının qarşısının alınması yolları.

Layihənin təcrübəli beynəlxalq aqronomisti İbrahim Oğuz və yerli baş aqronomisti Fəqan Ağayev təlimçilər olaraq təyin edilmişdir. ADAU-da keçirilən ilk seminarda olan iştirakçıların sayı 14, Şəmkirdə keçirilən təlimdə olan iştirakçı sayı isə ilk gün 8, növbəti gün isə 10 olmuşdur. Təlimlər istixanalardakı mövcud vəziyyətlə bağlı interaktiv müzakirələrlə başlamış və yuxarıda qeyd olunmuş yeni mövzuların izahı ilə davam etmişdir.

Gəncədə keçirilən sinifdaxili nəzəri təlim saat 7 Fevral 13.00-da bitmişdir. Şəmkirdə keçirilən sinifdaxili təlim isə 9 Fevral, 13.30-da yekunlaşmışdır və bütün təlim iştirakçıları 10 Fevral tarixində keçiriləcək praktiki təlimə dəvət olunmuşdurlar. Sinifdaxili seminarın sonunda fermerlərə təlimin mövzularını əhatə edən materiallar verilmişdir.

Açıq havada keçirilən təlim zamanı fermerlərə öyrəndikləri biliklərin tətbiqi göstərilmiş və həmçinin onlara öyrəndiklərinin tətbiqi üçün şərait yaradılmışdır. Sahədə keçirilən təlim müddətində fermerlər alma seçimi üçün lazım olan kənd təsərrüfatı alətlərindən istifadə etmək şansı da qazanmışdır.



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.