Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi ilə bağlı Türkiyəyə tur təşkil edildi

10/01/2020

Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi ilə bağlı Türkiyəyə tur təşkil edildi


Aİ və AYİB-in birgə layihəsi olan AZAFF çərçivəsində, Azərbaycandakı kredit təşkilatları üçün Türkiyəyə tur təşkil olundu. Turun keçirilməsində əsas məqsəd yerli kredit təşkilatlarına Türkiyənin Mərkəzləşdirilmiş Kənd Təsərrüfatı Kredit Qiymətləndirilməsi Sistemi haqqında praktiki biliklərin verilməsi və təcrübə mübadiləsinin aparılmasıdır.


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə 2015-ci ildən bəri Azərbaycanda uğurla həyata keçirilən AzAFF (Azerbaijan Agricultural Finance Facility) layihəsi həm ölkədəki fermerlərə texniki dəstək verilməsi, həm də kredit təşkilatlarına kənd təsərrüfatı kredit verilməsinin yaxşılaşdırılması üçün dəstək təklif edir.

Proqram çərçivəsində, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) (akia.gov.az) ilə birlikdə Azərbaycanda bütün kredit təşkilatlarınn istifadəsi üçün açıq olan mərkəzləşdirilmiş AzALES - Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirmə Sistemin qurulmuşdur.

2 və 5 Dekabr tarixləri arasında baş tutan turun əsas məqsədi AKİA-nın müvəkkil kredit təşkilatlarının və Azərbaycanın digər önəmli kredit təşkilatlarınının Türkiyəyə səfərini təşkil etməklə, onlara Türkiyədəki kənd təsərrüfatı maliyyə bazarları haqqında məlumat vermək və onların Mərkəzləşdirilmiş Kənd Təsərrüfatı Kredit Qiymətləndirilməsi Sistemi Haqqında praktik biliklər almasına dəstək olmaqdır.

Tura AKİA-dan 2, Kredit Təşkilatlarından 12 və AzAFF Texniki Dəstək komandasından 4 nümayəndə olmaqla, ümumilikdə 18 iştirakçı qatıldı.

Turun ilk günü iştirakçılara Ankarada Kənd və Meşə Təsərrüfatı Nazirliyi tərəfindən ev sahibliyi edildi, növbəti gün isə iştirakçılar Türkiyənin ən böyük orqanik təsərrüfatlarından biri olan Tac Tarımı ziyarət etdilər. Tac Tarımı ziyarət edərkən, iştirakçılar təsərrüfatda olan müxtəlif kənd təsərrüfatı fəaliyyətləri (südçülük, bordaq heyvan təsərrüfatı, istixana, orqanik toyuqçuluq və s.) haqqında məlumat aldılar. Bundan əlavə iştirakçılara kənd təsərrüfatl məhsulların marketinqi və Türkiyədəki müqaviləli təsərrüfat haqqında da məlumat verildi.

Turun son günü Türkiyənin kənd təsərrüfatı inkişafında əsas rol oynayan Kredit Təşkilatları (İş Bankası, Yapı Kredi və Ziraat Bank) və Kredi Kayıt Bürosu (KKB-Kredit Bürosu) ilə görüşlər təşkil edildi. KT-lər Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi sistemindən (ALES) istifadənin vacibliyini vurğuladı və ALES sistemindən əvvəl və sonra problemli kreditlər də daxil olmaqla bank statistikasınının necə dəyişdiyini göstərdilər.

KKB də öz növbəsində TARDES adlanan Mərkəzləşdirilmiş Kənd Təsərrüfatı Krediti Qiymətləndirmə Sistemi ilə bağlı təcrübələrini bölüşdü və Türkiyədə mərkəzləşdirilmiş sistemə qoşulma proseduru haqqında məlumat paylaşdı.

Türkiyədəki əsas bazar oyunçuları ilə olan təcrübə mübadiləsi və ALES sisteminin istifadəsinin problemli kreditlərə olan pozitiv təsiri Azərbaycan KT-lərinin Mərkəzləşdirilmiş AzALES sisteminə qoşulma motivasiyasını artırdı.



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.